İran Rusiya təyyarələrini almaqdan imtina edir

İran Rusiya təyyarələrini almaqdan imtina edir backend

İran hava yolları Rusiya təyyarələrini almaqda maraqlı deyil. Trend-in ISNA agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu İran aviaşirkətləri assosiasiyasının katibi Məqsud Əsədi Samani deyib.


O bildirib ki, buna səbəb bir neçə “Tupolev” tipli təyyarənin qəza törətməsi, Rusiya təyyarələrinin yüksək göstəricilərə malik olmamasıdır.

M.Ə.Samani qeyd edib ki, aviaparkın modernləşdirilməsi üçün İrana 400 sərnişin təyyarəsi lazım olacaq ki, bu da Tehrana 20 milyard dollara başa gələcək.
Diaspora