Rusiyanın Kalininqrad vilayətində 1-ci dünya müharibəsi dövründən qalmış milyardlarla Almaniya markası olan xəzinə aşkar edilib.
QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, könüllülər qrupu tərəfindən əvvəlcə metal yeşik tapılıb və sonradan müəyyən olunub ki, içindəki 10 milyardlıq marka əsginasları Veymar Respublikasi dövrünə aiddir.Qusev şəhərinin Tarix Muzeyi mütəxəssisləri və administrasiya rəhbərliyinin iştirakı ilə açılan qutuda kağız əsginaslarla yanaşı, metal 50 “pfenniq” qəpiklər, əlyazma məktublar, o cümlədən Almaniya və Şərqi Prussiyanın vətənpərvərlik qəzetləri də olub.
Xatırladaq ki, Veymar Demokratik-Burjua Respublikası 1918-ci ildə noyabr inqilabı nəticəsində qurulub və respublika 1919-cu ildən 1933-cü ilədək mövcud olub. Kalininqrad vilayəti isə Rusiyada yeganə yerdir ki, tarixi Şərqi Prussiya ərazisində yerləşir və 1-ci dünya savaşı zamanı burada minlərlə hərbiçi dəfn edilib.