Ərdoğan maşın sürdü - VİDEO

Ərdoğan maşın sürdü -  VİDEO backend

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın avtomobil idarə edərkən çəkilən videosu yayımlanıb.

Qazilər.az xəbər verir ki, həmin videonu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun tvitter hesabında paylaşıb.

“Ürəklər bir olduqda, çiyin-çiyinə verdikdə, Allaha tərəf gedən yol bitərmi?” – şərhi ilə edilən paylaşım izləyicilər tərəfindən bəyənilib.

Ərdoğan maşın sürərkən yol kənarında dayanan vətəndaşlara əl sallayıb.