Rusiya Yanacaq İttifaqı tətil mövsümündə daxili bazarda mümkün yanacaq çatışmazlığı barədə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, bu barədə qurumun Rusiya baş nazirinin müavini Aleksandr Novaka göndərdiyi məktubda bildirilib.
“Xaricdə istirahət məhdudiyyətləri olduğundan ölkədə artan daxili turizm yanacaq tələbatının 10-20 faiz artmasına səbəb olacaq. Artım ən çox Aİ-95 markalı benzində özünü göstərəcək”, - məktubda bildirilib.
Bundan başqa, məktubda qeyd olunub ki, hökumət benzin ixracı ilə bağlı tədbirlər görməlidir.