Türkiyənin Baş naziri Əhməd Davudoğlu ölkədə törədilən terror aktları və aparılan antiterror əməliyyatları ilə bağlı açıqlama verib.
Anadolu Agentliyinin yaydığı məlumata görə, Əhməd Davudoğlu açıqlamasında bildirib ki, indiyədək aparılan əməliyyatlar nəticəsində terror təşkilatlarının 590 üzvü tutulub. Baş nazirin sözlərinə görə, nə qədər ki Türkiyə üçün təhdid yaranacaq bu əməliyyatlar da davam edəcək. Terror təşkilatlarına qarşı ən sərt şəkildə mübarizə aparmaq üçün hər cür hazırlığımız var.
Əhməd Davudoğlu vurğulayıb ki, Türkiyədə qanuna zidd hərəkətlərə görə hər kəs mütləq cəzalandırılacaq.