Türkiyədə PKK terror qruplaşması 15 fəhləni qaçırıb. Lent.az-ın haberturk.com saytına istinadən məlumatına görə, hadisə Şırnakın Silop vilayətində baş verib.
Belə ki, terrorçular kömür mədəninə basqın edərək 6 iş dəzgahını yandırdıqdan sonra işçiləri qaçırıb.
Hadisədən sonra Türkiyə güc strukturları iri miqyaslı əməliyyata başlanılıb.