İtaliyanın Modunyo şəhəri yaxınlığında yerləşən “Brusella” pirotexnika istehsalı fabrikində silsilə partlayışlar baş verib.
QAZİLER.AZ saytının APA-a istinadən verdiyi xəbərə görə, insident nəəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb. Onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.Partlayış nəticəsində güclü yanğın olub, az sonra daha bir neçə partlayış baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürənlər, polis və xilasedicilər cəlb olunub.
“Assoşieyted Press” hadisə nəticəsində 7 nəfərin öldüyünü bildirib.