Mayın 10-da İsraillə Fələstin arasında yaranmış gərginlikdən sonra bölgəni qorumaq üçün hərbi qüvvələrin göndərilməsi gündəmə gəlib. Türkiyənin də aralarında olduğu müsəlman ölkələrin koalisiya qüvvəsi quracağı bildirilib.
Qazilər.az xəbər verir ki, bununla bağlı 5 ölkə bəyannamə imzalayıb koalisiya qura bilər.
Mütəxəssislər Türkiyənin “Fələstini qoruyan qüvvə” təklifinin ən sağlam addım ola biləcəyi qənaətindədirlər. Onların fikrincə, müsəlman ölkələr Fələstinlə İsrailin təhdidi altında olan İordaniya və Livanda hərbi qüvvələrini yerləşdirə və BMT-dən icazəsiz hərəkət edə bilərlər.
Yəni Türkiyə, İran, Qətər, Malayziya və Pakistan kimi müsəlman ölkələr deklarasiya imzalayaraq, koalisiya qüvvələri qura, həm fələstinliləri, həm də müqəddəs torpaqları qoruya bilərlər.
Lakin BMT İsraili qınasa da, atəşkəs üçün çağırış etsə də, bölgənin qorunması üçün beynəlxalq hüquqşunaslar BMT TŞ-nın qərarının vacib olduğunu deyirlər. Qərarı vermək üçün BMT TŞ-yə üzv ölkələr (ABŞ, İngiltərə, Fransa, Çin və Rusiya) yekdil qərar qəbul etməlidir. Bu addımı dayandırmaq üçün bir ölkənin etirazı kifayət edir.
Mənbə: yeniakit.com.tr
Qazilər.az / Firuzə Alimova