Fələstin məsələsi Avropanın da başağrısına çevrilir

Fələstin məsələsi Avropanın da başağrısına çevrilir backend

Son günlər dünya mətbuatının əsas mövzularından biri İsrail-Fələstin arasında alovlanan qarşıdurmadır. Dünya bu məsələdə iki hissəyə bölünüb. Hər iki ölkəyə gələn dəstək kifayət qədərdir.

Avropadakı ərəblər bu məsələdə daha çox Fələstinin mövqeyindən çıxış edirlər. Bir sıra dövlətlərdə artıq aksiyalar təşkil olunub, polislərlə toqquşmalar baş verir. Ekspertlər proseslərin Avropa üçün arzuolunmaz istiqamətlərə doğru getdiyini qeyd edirlər. Xüsusilə Avropada 2011-ci ildən etibarən “Ərəb baharı adlanan” proseslər çərçivəsində ərəblərin sayının artdığı önə çəkilir və indiki vaxtda bunun Avropa ölkələri üçün baş qaldıran narazılıqlar fonunda ciddi təhlükə mənbəyinə çevrilə biləcəyi vurğulanır.

Deputat, politoloq Arzu Nağıyev hesab edir ki, bu proseslər idarəolunandır: “Düşünürəm ki, bir tərəfdən Qüds, digər tərəfdən Yerusəlim adlandırılan məsələ ətrafında daim problemlər yaşanacaq. Bundan artıq siyasi məqsədlər üçün istifadə olunur, istər Fələstin, istərsə də İsrail tərəfindən. Ümumilikdə götürdükdə, dünyanın supergücləri də bu məsələdə çox maraqlıdırlar. Hərə özünün marağından çıxış edir. Kimsə bu məsələləri dini və etnik məsələlərə çəkməyə çalışır.

Arzu Nağıyev: İnternet azadlığı heç bir halda digər azadlıqları  məhdudlaşdırmamalıdır

Arzu Nağıyev: “Bunlar idarəolunan proseslərdir”

Son hadisələr onu göstərdi ki, proseslər sonunda vətəndaş müharibəsi ilə nəticələnə bilər. Siyasi məqsədlər üçün bəzi hallarda bu məsələdən çox daha istifadə cəhdləri görürük. Böyük köç məsələsində ərəblər həddindən artıq çoxdur. Hətta bəzi dövlətlərdə artıq onlar çox ciddi elektorata çevriliblər. Seçkilərdə onlardan da ciddi istifadə olunur. Bəzi Avropa dövlətləri öz siyasi məqsədlərinə çatmaq üçün bu məsələyə etnik don geyindirməyə çalışırlar. Düşünürəm ki, bu proseslər idarəolunan proseslərdir. Yəni özbaşına, xaotik şəkildə cərəyan edən hadisələr deyil. Burada təkcə İsrail və Fələstinin maraqları yoxdur, dünya supergüclərinin də maraqları ortadadır”.

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

Əhəd Məmmədli: “Ərəblərin bu formada Avropaya axını həmin ölkələrin siyasətinin nəticəsidir”

AĞ Partiya başqanının I müavini, politoloq Əhəd Məmmədli isə proseslərin Avropa ölkələri üçün ciddi başağrısına çevrilə biləcəyini proqnozlaşdırır: “Avropada ərəblərin bu formada axını həmin ölkələrin siyasətinin nəticəsidir. Bir növ bumeranq rolunu oynayır. Ərəblər Avropa qitəsinə, bir sözlə, dolublar. Asiya, Afrikada da belədir. 2011-ci ildə ərəblər Avropada, ən çox da Fransada dolu idilər. 10 il əvvəlcədən başlayaraq, daha da çoxalmağa başladılar. Bu da ərəb ölkələrinə müdaxilənin, həmin ölkələrin işğal edilməsinin nəticəsi idi. Oradakı avtoritar rejimlərin dəstəklənməsinin da burada rolu az olmadı. Son 200 ildə bu ölkələrin sərvətini taladılar. Nəticədə axın başlayıb və Avropa ölkələri bunun qarşısını ala bilmirlər. Burada ərəblərə duyulan ucuz işçi qüvvəsi ehtiyacı da var. Fələstinə ərəblərdən gələn bu dəstək ”Sarı jiletlilər" hərəkatı tipində də ortaya çıxa bilər. Sağ və solçu qüvvələr tərəfindən da artıq onlara bir sıra yerlərdə dəstək verilməyə başlanıb. İnsanlar pandemiyadan o qədər beziblər ki, sanki hirslərini nədənsə çıxmağa çalışırlar. Bu da asayiş keşikçiləri ilə toqquşmalara gətirib çıxara bilər". (musavat.com)