“İŞİD-ə qarşı həyata keçirilən əməliyyat məqsədinə çatıb”. Bunu Türkiyənin baş naziriƏhməd Davudoğlu ölkənin Silahlı Qüvvələrinin Suriyaərazisində İŞİD terror təşkilatının mövqelərinə zərbələr endirməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu, birdəfəlik əməliyyat deyil. Əməliyyatlar davamlı olacaq: “Sərhəd bütövlüyümüzə təhlükə yaranan anda tədbir görüləcək. Türkiyə Silahlı Qüvvələri aldığı təlimata əsasən, İŞİD-in mövqelərinə zərbələr endirib. Əməliyyatlar barədə rəsmi Dəməşqə məlumat vermək məcburiyyətində deyilik. Qərar Ankarada qəbul edilib və icra olunub. Türkiyə təhlükəsizliyini təmin etmək məcburiyyətindədir”.Əhməd Davudoğlu İŞİD və PKK terror təşkilatlarının Türkiyədə eyni zamanda terror hadisələri törətməsinin təsadüfi olmadığını bildirib: “Türkiyə hədəfə götürülüb”.