“İsrail xalqını HƏMAS-ın raketlərindən müdafiə edir” - Rəsmi Berlin

“İsrail xalqını HƏMAS-ın raketlərindən müdafiə edir” -  Rəsmi Berlin backend

Almaniyanın xarici işlər naziri Heiko Maas hesab edir ki, İsrail HƏMAS-ın raket hücumlarından qorunmaq hüququndan istifadə edir.

“İsrail xalqını HƏMAS-ın raket terrorundan qorumaq üçün özünümüdafiə hüququndan istifadə edir”, - deyə o “Bild am Sonntag”a müsahibəsində qeyd edib.

Nazir hesab edir ki, artıq “raket terroru”nu dayandırmaq, zorakılığa son qoymaq, İsraillə Fələstin arasında etibar yaratmağa və iki dövlətin birgə yaşayışına əsaslanan həll yolu tapmağa yönəlmiş konkret addımlar barədə danışıqlara qayıtmaq lazımdır.

Oxu.az