Ukraynada hökumət böhranı yaşanır

Ukraynada hökumət böhranı yaşanır backend

Ukraynanın iqtisadi inkişaf naziri İqor Petraşko, səhiyyə naziri Maksim Stepanov və infrastruktur naziri Vladislav Krikli öz istəkləri ilə istefa ərizəsi yazıblar.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə hakim “Xalqın xidmətçisi” partiyasından məlumat verilib.

Məlumata görə, hər iki deputatın istefa ərizəsi Ali Radaya daxil olub. “Xalqın xidmətçisi” partiyasından verilən məlumata görə, istefaya səbəb Ukrayna Prezidentinin onların fəaliyyətindən narazı qalmasıdır.

Mayın 17-də “Xalqın xidmətçisi” fraksiyası yığışaraq hər iki nazirin istefa məsələsinə baxacaq. Mayın 18-də isə bu məsələnin Ali Radanın iclasına çıxarılacağı gözlənilir.

Diaspora