İsrail Hərbi Hava Qüvvələri (HHQ) HƏMAS-ın hərbi dəniz qüvvələrinə məxsus obyektlərini hədəf alıb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
“Son günlər İsrail HHQ HƏMAS-ın hərbi dəniz qüvvələrinə məxsus onlarla obyektini məhv edib. Buraya silah anbarları, gəmilər, müşahidə məntəqələri və s. daxildir”, - deyə bildirilib. (axar.az)