Yer kürəsində ən güclü maqnit qasırğası olub

Yer kürəsində ən güclü maqnit qasırğası olub backend

Mayın 12-də axşam saatlarında Yer kürəsini əhatə edən maqnit qasırğası qeydə alınıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyası Fizika İnstitutundan bu barədə verilən açıqlamaya əsasən, bu, 2019-cu ildən bu yana ən güclü maqnit qasırğasıdır.

Qeyd olunub ki, maqnit sahəsinin dalğaları 9 maqnitudalıq cədvəl üzrə 7 maqnitudaya çatıb. Bu da enerji və rabitə sistemlərində ciddi nasazlıqlar yaranması üçün kifayətdir.

Həmin vaxt Günəşdə gözlənilən hər hansı prosesin baş vermədiyi bildirilib.

Hazırda Günəşdəki partlayışın intensivliyi aşağı səviyyədədir.

Diaspora