Ermənistanda etiraz aksiyaları yenidən başlayır

Ermənistanda etiraz aksiyaları yenidən başlayır backend

"Ayağa qalx, Ermənistan" vətəndaş hərəkatının üzvləri iyulun 27-də Yerevanın Respublika meydanında oturaq piketə başlayacaqlar.



Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata əsasən, onlar elektrik enerjisi tariflərinin artırılması barədə qərarın ləğvini tələb edəcəklər.

Qeyd edək ki, "Ayağa qalx, Ermənistan" hərəkatı avqustun 1-dək qərarın ləğv edilməsini tələb edir. Onlar tələbləri yerinə yetirilməyəcəyi təqdirdə etiraz aksiyalarını davam etdirmək, əsas magistral yolları bağlamaq niyyətindədirlər.
Diaspora