Rusiya hücum etsə, Belarusu unutmamalıyıq - Bakanov

Rusiya hücum etsə, Belarusu unutmamalıyıq - Bakanov backend

Rusiyanın Ukraynaya birbaşa müdaxiləsi zamanı Belarus Moskvanın potensial müttəfiqi olacaq.

Axar.az xəbər verir ki, bu sözləri Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri İvan Bakanov deyib.

“Belarus haqqında unutmamalıyıq. Rusiya Ukraynaya müdaxilə edəcəyi təqdirdə Belarus bu ölkənin bir nömrəli potensial müttəfiqi sayılacaq. Belarus və Rusiyanın birgə təlimləri buna əyani sübutdur”, - deyə Bakanov bildirib.

O əlavə edib ki, Rusiya təhlükəsizlik xidmətinin 7 min əməkdaşı Ukrayna ilə birbaşa əlaqədədir.

Diaspora