Səmada gələcəyimiz tapıldı - NASA-dan BƏYANAT - FOTOLAR

Səmada gələcəyimiz tapıldı - NASA-dan BƏYANAT -   FOTOLAR backend

ABŞ Milli Aerokosmik Agentliyi (NASA) Yer kürəsinə oxşar yeni bir planetin kəşfi ilə bağlı bəyanatla çıxış edib. Bu yeniliyi agentliyə 2009-cu ildən bəri kosmosda digər həyatın mövcudluğunu araşdıran "Kepler" səma teleskopu ötürüb

Mətbuat konfransı zamanı xəbər barədə məlumat verən NASA alimləri hələ ki, kəşfə dair heç bir dəlil göstərməyiblər. İstənilən halda, ekspertlər Yer kürəsinin oxşarının mövcudluğuna əmindirlər. Brifinqdə bildirilib ki, Aerokosmik Agentlik insanlığın min illərlə xəyal etdiyi və həyatın olduğu yeni bir kəşfin astanasındadır.

Alimlər Yer kürəsindən 1400 işıq ili aralı məsafədə yerləşən sözügedən planetə xüsusi hazırlanmış peyk vasitəsilə çatmağı planlaşdırırlar. Hazırda NASA astronomları yeni kəşfə dair ətraflı tədqiqat aparırlar.

"Kepler-452b" adı verilmiş planet öz ulduzu ətrafında Yerlə Ay arasında məsafə qədər olan orbit üzrə fırlanır.
Yeni planet Yerdən 60 faiz böyükdür.
Belə planetlərin səthində maye vəziyyətdə suyun qalması üçün onlar kiçik və "sərin" olduqları üçün astronomlar sözügedən səma cisimləri ilə maraqlanırlar.
Hər hansı planetin səthində su qala bilirsə, deməli, orada yaşam üçün də müvafiq, əlverişli şərtlər ola bilər.
Yeni planetin qərarlaşdığı "Kepler-452" ulduz sistemi Yerdən 1400 işıq ili məsafəsində, Qu Quşu ulduz topasındadır.
NASA-nın məşhur ekspretlərindən biri Con Qrünsfeldin dediyinə görə, indiyədək aşkarlanan yeni planetlər arasında "Kepler-452b" Yerə ən çox bənzəyəndir.
NASA-nın Kaliforniyadakı Tədqiqat Mərkəzinin analitiki Con Cenkins isə deyib: "Günəş sistemindən çox uzaqda yerləşən, kosmik aparatlarımızın indiyədək aşkarladıqları ən uzaq planet olan bu səma cisminə uçuşu planlaşdırsaq, bizə 25 milyon il gərəkdir".
Amerikalı alimlər "Kepler-452b"i planet adlandırsalar da, əslində belə deyil. Yerin Günəş ətrafında olduğu kimi, öz ulduzu ətrafında dövrə vuran səma cisimləri ekzoplanetlərdir.

Astronomlar indiyədək uzaq ulduz topalarında təxminən 500 belə ekzoplanet aşkarlayıblar.
Onlar "Kepler"in müşahidə etdiyi 4175 səma cisimləri arasındadır.
Həmin ekzoplanetlərin çox kiçik hissəsi Yerdən bir qədər böyükdür və Günəşə bənzəyən ulduzlarının ətrafındakı "yaşam arealı" adlanan məkanda, yəni suyun prinsip etibarilə maye vəziyyətdə ola biləcəyi orbitlərdədir.
İndiyədək belə tələblərə uyğun olan 12 planet tapılsa da, "Kepler-452b" mövcudluğu sübut olunan və həyatın istisna edilmədiyi ilk ekzoplanetdir.
2014-cü ildə aşkarlanmış "Kepler-186f" ölçü baxımından "Kepler-452b"dən kiçik olsa da, Günəşlə müqayisədə daha sönük və sərin olan "qırmızı cırtdan" tipli ulduzun ətrafında dövrə vurur.
"Kepler-452b"in ətrafında fırlandığı ulduz isə Günəşlə müqayisədə 4 faiz böyük, 1,5 milyard il "qoca" və 10 faiz parlaqdır. "Kepler-452B" onun ətrafında 385 gün ərzində tam dövrə vurur.

"Kepler-452b"in kütləsini ölçmək hələlik mümkün olmadığından, astronomlar onun təqribi kütləsini hesablamaq üçün kompüter modelləşdiriməsindən istifadə edirlər.
İlkin hesablamalara görə, "Kepler-452b" Yerdən 5 dəfə ağırdır.
Və əgər amerikalı astronomların dedikləri təki, "Kepler-452b"in səthinin əksər hissəsi qayalıqdırsa, onun ulduzu ətrafındakı dövr orbiti və strukturu bu ekzoplanetin iqlim tarixinin "istixana dövrü"nə qədəm qoyduğunu göstərir.

Bəhs etdiyimiz "qoca" ulduzun ətrafında güclənən enerji səthi qızdıraraq istənilən okeanları quruda bilər. Yeni ekzoplanetdə də su qurumağa başlayarsa, orada həyat şansı qalmayacaq.
Yəni "Kepler-452b"də indi yaşanan proseslər 1 milyard il sonra, Günəşin "qocalaraq" daha parlaq olacağı zaman Yeri gözləyən olaylardan xəbər verir.
Diaspora