Sutkalıq yoluxma 1 milyona yaxınlaşır - Statistika

Sutkalıq yoluxma 1 milyona yaxınlaşır -  Statistika backend

Dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 155,66 milyonu ötüb.

Qazilər.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Qeyd edilir ki, son 24 saat ərzində koronavirusa 839 mindən çox yeni yoluxma qeydə alınıb. Virusdan ölüm hallarının 14,2 mindən çox olub.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatına pandemiya ərzində COVID-19-a 155 665 214 yoluxma, 3 250 648 ölüm haqqında məlumatlar daxil olub. Son sutkada virusa yoluxanların sayı 839 695, ölənlərin sayı 14 289 artıb.

Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Diaspora