Türkiyə polisi İstanbulda daha bir genişmiqyaslı antiterror əməliyyatı keçirib.
Rəsmi mənbələrdən verilən məlumata görə, əməliyyatda 5 min polis əməkdaşı iştirak edib. Onlardan 2 mini xüsusi təyinatlılar olub.Əməliyyata helikopterlər də cəlb edilib.
Bildirilir ki, əməliyyat İŞID, PKK, YDG/H və DHKP/C terror təşkilatlarına üzv şəxslərin yerləşdikləri 140 ünvanda aparılıb. Polisə müqavimət göstərərkən DHKP/C-ni təmsil edən bir qadın həlak olub. Antiterror əməliyyatı İstanbulun 26 rayonunu əhatə edib. Həbs olunanlar var.