Türkiyə ordusu 35 “İŞİD“ terrorçusunu məhv edib

Türkiyə ordusu 35 “İŞİD“ terrorçusunu məhv edib backend

Xəbər verdiyimiz kimi, Türkiyə hərbi hava qüvvələri ölkənin Suriya sərhəddində yerləşən "İŞİD" üzvlərini bombardman edib.

QAZİLER.AZ saytının Lent.az-a istinadən məlumatına görə, ötən gecə 03:12-dən etibarən havalanan 3 F-16 döyüş təyyarəsi saat 03:40-dan 03:53-ə qədər kəşfiyyat aparıb, pilotsuz təyyarələr vasitəsi ilə əvvəlcədən müəyyən olunmuş "İŞİD" hədəflərini bombalayıb. Əməliyyat saat 04:24-də tamamlanıb.

Bombardman nəticəsində İŞİD-in 2 qərargahı, toplanma mərkəzi vurulub. Məlumata görə, əməliyyat zamanı 35 "İŞİD" terrorçusu məhv edilib.
Diaspora