Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) aparıcı elmi işçisi C.Rüstəmovun “Volf-Raye ulduzlarının əsas müşahidə xüsusiyyətləri” (“Osnovnıye nablyudatelnıye osobennosti zvyozd tipa Volfa-Raye”) monoqrafiyası rus dilində çapdan çıxıb.
QAZİLER.AZ saytı xəbər verir ki, ŞAR-dan AZƏRTAC-a bildiriblər ki, AMEA-nın “Elm” nəşriyyatında işıq üzü görən monoqrafiyada Volf-Raye ulduzlarının spektral və fotometrik tədqiqi sahəsində müəllifin 1980-ci ildən bu günədək aldığı elmi nəticələr şərh edilib. C.Rüstəmovun bu sahədə 60-dan çox elmi məqaləsi çapdan çıxıb.
Nəşrdə, həmçinin Volf-Raye ulduzlarının indiyədək müxtəlif müşahidəçilər tərəfindən alınmış xüsusiyyətləri ətraflı təhlil edilib və gələcəkdə hansı istiqamətlərdə tədqiqatların aparılmasının vacibliyi əsaslandırılıb.
Monoqrafiya astrofiziklər, aspirant və tələbələr üçün nəzərdə tutulub.