Böyük Britaniyada siqaret, alkoqol kimi zərərli vərdişlər bu il ən aşağı səviyyəyə enib.
Bu barədə məlumatı ölkənin Səhiyyə və Sosial Qulluq İnformasiya Mərkəzi yayıb. Məlumatda bildirilir ki, Britaniya əhalisi, xüsusilə 11-15 yaş arası yeniyetmələr elektron siqaretlərə üstünlük verirlər. Ümumilikdə alkoqol qəbuletmə səviyyəsi ötən illərlə müqayisədə ən aşağı səviyyəyə enib.