Almaniya kansleri Angela Merkelin bu yaxınlarda “Infineon” şirkətinin zavoduna səfəri zamanı bildirilib ki, ölkədə mikroelektronikanın stimullaşdırılması üçün proqram hazırlanır. 2015-ci ilin sonunadək yaradılması və 2020-ci ilədək davam edəcəyi gözlənilən proqramın büdcəsi 400 milyon avro təşkil edəcək.
Bildirilir ki, mikroelektronikanın yeni mərhələdə stimullaşdırılması 4.0 Sənaye dövrünün (Industry 4.0) yaxınlaşmasına görə əhəmiyyət kəsb edir. İstehsalın internetə qoşulmuş infrastruktur avadanlığı vasitəsilə “bulud” servislərinə inteqrasiyası nəzərdə tutulur. Bu, internetə qoşulmuş əşyalar dövrünün inkişafının tərkib hissəsidir.
Konsepsiyada əsas diqqət bağlantıların təhlükəsizliyinə və mühafizəsinə yetirilir, - “3DNews” yazır.