ABŞ-ın Luiziana ştatında naməlum şəxs kinoteatrda atəş açıb. APA-nın “Daily Advertiser” qəzetinə istinadən verdiyi xəbərə görə, nəticədə 2 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Nəşrin məlumatına əsasən, insident Lafayet şəhərində yerləşən “Grand Theatre” kinoteatrında qeydə alınıb.Ətrafdakılara atəş açan naməlum şəxs daha sonra intihar edib. Hazırda hadisənin təfərrüatları müəyyənləşdirilir.