İsraildə dini bayram zamanı faciə: ölənlərin sayı 44 nəfərə çatıb - VİDEO

İsraildə dini bayram zamanı faciə:  ölənlərin sayı 44 nəfərə çatıb - VİDEO backend

İsraildə keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranmış izdiham nəticəsində ən azı 44 nəfər ölüb.

“Report” “Jerusalem Post” nəşrinə istinadən xəbər verir ki, hadisə Meron dağı yaxınlığında baş verib.

Hazırda hadisə yerində qalan minlərlə insanın təxliyyəsi üçün xilasetmə əməliyyatları davam edir.

Ölkənin baş naziri Binyamin Netanyahu hadisəni "ağır fəlakət" adlandırıb.

Bundan əvvəl, hadisə nəticəsində 38 nəfərin öldüyü, 50-dən çox şəxsin yaralandığı, yaralıların 20-sinin vəziyyətinin ağır olması barədə məlumat verilmişdi.

Diaspora