ABŞ prezidenti Co Bayden Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə görüş üçün ilkin şərtləri irəli sürüb-sürməyəcəyi barədə suala cavab verməkdən imtina edib.
Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.
"Mən bunu başqa gün müzakirə edəcəm", - deyə Bayden jurnalistlərin bununla bağlı sualına cavabında bildirib.
Qeyd edək ki, daha əvvəl ABŞ tərəfinin təşəbbüsü ilə Co Baydenlə Vladimir Putin arasında telefon danışığı olub. Kreml iyunun 15-16-da Putinlə Baydenin görüşəcəyi barədə məlumatı təsdiqləməyib. Bununla yanaşı qeyd edilir ki, ölkə liderləri yayda görüşə bilərlər, lakin dəqiq tarix hələlik yoxdur.