Qeyd edilib ki, Avaşin-Basyan bölgəsində “Pəncə-Yıldırım” əməliyyatı zamanı şəhid olan qəhrəman hərbçinin qanı yerdə qalmayıb. Türk hərbçinin hücuma məruz qaldığı ərazidə bir PKK terrorçusu zərərsizləşdirilib. Hadisə yerindən AK-47 tüfəngi, RPG-7 minaatanı və iki ədəd döyüş sursatı götürülüb.
“Şəhidlərimizin qanı yerdə qalmadı, qalmayacaq! Əməliyyatlar zamanı şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyir, ailələrinə və Türkiyə Silahlı Qüvvələrinə başsağlığı veririk”. (azvision.az)