Dünya bu gün saat 21:00-ı gözləyir

Dünya bu gün saat 21:00-ı gözləyir backend

QAZİLER.AZ saytının Ölkə.az-a istinadən məlumatına görə ,NASA (Milli Aeronavtika və Kosmos İdarəsi) bu gün saat 21:00-da internet vasitəsilə önəmli açıqlama verəcək.

Kosmos agentliyinin bu axşam Yer kürəsinə ən çox bənzəyən planet tapdığına dair şərh verməsi gözlənilir. NASA-nın açıqlamasını oxuyanlar "Gedib yaşaya biləcəyimiz planetmi tapıldı?" sualını soruşurlar.

NASA bu axşam Kepler kosmos teleskopunun kəşfləri haqqında məlumat verəcək. Teleskop indiyə qədər yaşayış üçün yararlı olan 11 planet kəşf etsə də, NASA-nın bu axşam Yerə ən yaxın və ən çox bənzəyən planeti açıqlayacağı iddia olunur.

Günəş sistemimizin xaricindəki ilk kəşf 1995-ci ildə edilmişdi. 21 il əvvəl yeni planetlər kəşf etmək, orada həyat qurmaq yalnız elmi fantastika filmlərində mümkün idi. İndi isə bu, gerçəyə çevrilir. İnsanlar illər əvvəl xəyal qurduqlarını real olaraq görə biləcəklər.
Diaspora