“Rusiya prezidenti Vladimir Putinlə görüşümüz olacaq. Putin Moskvada görüşməyi təklif edib".
Qaziler.az Unian.net-ə istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, öz ofisinin rəhbəri Andrey Yermaka V.Putinlə görüşü təşkil etmək üçün Rusiya Prezident Administrasiyası ilə əlaqə saxlamağı tapşırıb.
V.Zelenski deyib ki, görüşün keçiriləcəyi yer onun üçün vacib deyil:
"Mən həqiqətən Donbasda görüşməyi təklif etmişdim. Lakin Rusiya Federasiyasının prezidenti Moskvada görüşməyi təklif etdi. Mən ofisin rəhbəri Andrey Yermaka bizim V.Putinlə hansısa yerdə, şəhərdə görüşməyimizi təşkil etmək üçün Rusiya Prezident Administrasiyası ilə əlaqə saxlamağı tapşırmışam".