ABŞ-a səsləndi: "Arxivlər açılarsa, ermənilər türklərdən üzr istəməli olacaqlar"

ABŞ-a səsləndi:  "Arxivlər açılarsa, ermənilər türklərdən üzr istəməli olacaqlar" backend

“Ermənilər arvixi açsalar, türklərdən üzr istəmək məcburiyyətində qalacaqlar”.

Qazilər.az xəbər verir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti (40-cı) Ronald Reyqanın hüquq üzrə müşaviri Brus Fein bildirib.

Bir çox hərbi mütəxəssis, tarixçi və siyasətçi qondarma erməni soyqırımı iddialarının “əsl qurbanı türklərdir” deyir. Bunlardan biri də ABŞ-ın sabiq prezidenti Ronald Reyqanın hüquq üzrə müşaviri Brus Feindir.

Brus Fein “Caucasus Online” internet saytına verdiyi açıqlamasında Ağ Evin 1915-ci ildə Osmanlı dövründə baş verənlərlə bağlı istintaq başlatdığını deyib:

“Reyqanın təlimatı ilə Avropadakı hərbi arxivlər və Osmanlı arxivlərində araşdırma apardıq. Araşdırmada erməni soyqırımı iddialarının əsassız olduğu üzə çıxdı. 1,5 -2 milyon erməninin qətliama məruz qalması iddiaları erməni tarixçilərinin uydurmasıdır. Erməni mənbələrinə görə deportasiya olunan ermənilərin sayı 700 min olub. Osmanlı torpaqlarında qalan ermənilərin sayının isə 280 min olub. Öldürülən ermənilərin sayı təxminən ən çox 280 min ola bilər" , - bu ifadələri Fein işlədib.

1915-ci ildə ermənilərdən daha çox türklərin öldürüldüyünü bildirən Fein “erməni dəstələri Anadoluda 2,4 milyon insanı qətlə yetirib” – deyə qeyd edib.

Osmanlı İmperiyasında bütün etnik və dini azlıqların türklərlə bərabər hüquqlara sahib olduğunu da bildirən Brus Fein bu ifadələri işlədib:

“Rumlar, kürdlər, çərkəzlər, ərəblər və ermənilər Osmanlı İmperiyasında yüksək vəzifələrdə xidmət edirdilər. Birinci Dünya Müharibəsi zamanı ermənilər vətənlərinə xəyanət etdilər və osmanlıların düşmənlərinə qoşuldular. Ermənilər Qafqaz cəbhəsində Osmanlıya qarşı ruslarla birlikdə vuruşdular. Türk və gürcü kəndlərini qarət edib, sakinlərini öldürdülər. Araşdırmalar zamanı türklər arxivlərini açdı, erməni tərəfi isə arxivlərini göstərməkdən imtina etdi. Bu arxivlər açılarsa, düşünürəm bütün gerçəklər üzə çıxacaq. O zaman ermənilər bütün dünyadan, xüsusən də türklərdən üzr istəməli olacaqlar”.

Mənbə:yeniakit.com

Firuzə Alimova / Qazilər.az

Diaspora