Beynəlxalq İqlim Sammitində Putin Makronun sözünü kəsdi – VİDEO

Beynəlxalq İqlim Sammitində Putin Makronun sözünü kəsdi –  VİDEO backend

Beynəlxalq İqlim Sammiti zamanı texniki nasazlıq baş verib.

“Korrespondent” nəşrinin məlumatına görə, Fransa prezidenti Emmanuel Makronun çıxışı zamanı onun rusiyalı həmkarı Vladimir Putin vaxtından əvvəl efirə qoşulub və Makronun çıxışı yarımçıq kəsilib.

Putinin nitqindən sonra tədbirin faktiki moderatoru olan ABŞ Dövlət Katibi Entoni Blinken texniki nasazlığa görə üzr istəyib və Makronun çıxışı davam etdirilib.

Oxu.az

Diaspora