Məkkədə zəvvarların təhlükəsizliyini qadınlar da qoruyacaq

Məkkədə zəvvarların təhlükəsizliyini qadınlar da qoruyacaq backend

Səudiyyə Ərəbistanında ilk dəfə 80 qadın əsgəri Məkkədə təhlükəsizlik qüvvələrinə qatıb.

Yenisabah.az “əl-Ərəbiyyə”yə istinadla xəbər verir ki, bu, ölkədə əvvəllər qadağan edilmiş bir haldır.

Səudiyyə Ərəbistanı İctimai Təhlükəsizlik Xidməti hələ keçən ilin oktyabr ayında 148 qadın əsgərin Həcc və Ümrə ziyarətləri üçün xüsusi təhlükəsizlik qüvvələrinə daxil edəcəyini açıqlayıb. Onların vəzifəsi zəvvarların təhlükəsizliyini qorumaqdır. Beləliklə, 80 qadın hərbçi Məscidül-Haramda və Kəbənin ətrafında güclü cinnsdən olan həmkarları kimi xidmət göstərəcək.

Diaspora