Rəsmi Praqa Rusiya səfirliyinin yerləşdiyi ərazinin yarım hektarının geri qaytarılmasını tələb edir

Rəsmi Praqa Rusiya səfirliyinin yerləşdiyi ərazinin yarım hektarının geri qaytarılmasını tələb edir backend

Çex Respublikasının rəsmiləri bazar ertəsi günü Rusiya səfirliyindən diplomatik nümayəndəliyin əhatə etdiyi ümumi ərazinin yarım hektarının geri qaytarılmasını tələb ediblər. Söhbət 1968-ci ilə qədər Stromovka Parkının bir hissəsi olan ərazidən gedir. 
 
Moderator.az xəbər verir ki, bu barədə Praqa-7 rayonunun bələdiyyə başçısı Yan Çijinski öz “Twitter” səhifəində məlumat verib. 
 
O bildirib ki, bu barədə müraciət artıq Çexiya hökumətinə göndərilib. 
 
Çex televiziyası bunun, təxminən, yarım hektar ərazi olduğunu dəqiqləşdirib. Şəhər rəhbərliyi bu ərazidə Sovet hərbi hissələrindən birinin düşərgəsinin yerləşdirildiyi 1968-ci ilin avqustundan əvvəl olduğu kimi, orada gül kolları və ağac əkmək niyyətindədir. Bu qərar Rusiya səfirliyinin 18 əməkdaşının respublikadan qovulmasından sonra Rusiya-Çex münasibətlərinin kəskin şəkildə pisləşməsii fonunda qəbul edilib.

Diaspora