Çex nazir Avropaya səsləndi: Rus diplomatları qovun!

Çex nazir Avropaya səsləndi:  Rus diplomatları qovun! backend

Rəsmi Praqa Böyük Britaniya da daxil olmaqla bütün müttəfiqlərini həmrəyliyə çağırır və rus diplomatların qovulma imkanlarını nəzərdən keçirmələrini xahiş edir.

Axar.az xəbər verir ki, bunu Çexiya xarici işlər naziri Yan Qamaçek deyib.

“Biz Britaniyanın səsini yüksək qiymətləndiririk və Avropa Birliyi və ABŞ tərəfdən eyni dəstəyi eşidirik. Biz əlbəttə ki, həmrəylik istəyirik və mən həmkarlarımdan xahiş etdim ki, onların ərazilərində fəaliyyət göstərən rus diplomatların qovulması imkanlarını nəzərdən keçirsinlər”, - Qamaçek bildirib.

Qeyd edək ki, bundan öncə Çexiya Rusiyanın ölkədən 18 diplomatını çıxarmaq barədə qərar qəbul etmişdi. Moskva buna cavab olaraq ölkədən Çexiyanın 20 diplomatını çıxarır.

Diaspora