Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir

Şirkətlər onlayn fırıldaqçılığı ən böyük problem hesab edir backend

“Experian” şirkətinin tədqiqatına görə, Avropa, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən şirkətlərin əksəriyyəti (78 faiz) onlayn fırıldaqçılığı ən böyük problem hesab edir.



Bununla yanaşı, respondentlərin 79 faizi internet fırıldaqçılığı hallarının yaxın beş ildə xeyli artacağını güman edir.

Hazırda telekommunikasiya və maliyyə təşkilatlarının 47 faizi bank kartları nömrələrindən istifadə edən fırıldaqçılarla qarşılaşır. Bundan başqa, rəyi soruşulanların 71 faizi bildirib ki, bu problem növbəti beş ildə Avropa, Yaxın Şərq və Afrikada daha ciddi xarakter alacaq.

Tədqiqatdan həmçinin məlum olub ki, fərdi məlumatların oğurlanması halları bu gün Avropa, Yaxın Şərq və Afrikada fəaliyyət göstərən şirkətlər üçün əsas problemdir. Bu problemin beş il ərzində iki dəfə artacağı və ondan şirkətlərin 48 faizinin ziyan çəkəcəyi bildirilir.

Şirkətlərin çoxu fırıldaqçılığa sərt nəzarət və istifadəçilər üçün rahatlıq arasında optimal balansa nail olmağa çalışır. Dörd şirkətdən üçü hesab edir ki, fırıldaqçılar daxili sistemlərə daxil olur və problemi dərhal həll etmək lazımdır, - "Payspacemagazine” yazır.
Diaspora