Çexiya səfiri Rusiya XİN-ə çağırıldı - Diplomatik qalmaqal böyüyür

Çexiya səfiri Rusiya XİN-ə çağırıldı -  Diplomatik qalmaqal böyüyür backend

Çexiyanın Rusiyadakı səfiri Vitezslav Pivonka Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Qaziler.az bildirir ki, bu barədə RİA Novosti məlumat yayıb. Bildirilir ki, səfirin XİN-ə çağırılmasına səbəb rəsmi Praqanın rus diplomatları ölkədən çıxaracağı ilə bağlı bəyanatı olub.

Qeyd edək ki, Çexiya Respublikası 17 aprel tarixində 18 rusiyalı diplomatın ölkədən çıxarılacağını bəyan edib. Onlar 2014-cü ildə Vrbetitsadakı partlayışlarda iştirak etməkdə şübhəli bilinirlər.

Diaspora