Misirdə qatar relsdən çıxdı - Çox sayda ölən və yaralanan var - VİDEO

Misirdə qatar relsdən çıxdı -  Çox sayda ölən və yaralanan var - VİDEO backend

Misirin Qalubiyyə vilayətində sərnişin qatarının qəzaya uğraması nəticəsində 32 nəfər həlak olub. Sərnişinlərdən bir neçəsi relsdən çıxan vaqonların altında qalıb.

Bu barədə “Report” “Alarabia” telekanalına istinadən xəbər verir.

Qeyd olunub ki, Qahirə-Mansura marşrutu ilə hərəkət edən sərnişin qatarının 4 vaqonunun relsdən çıxması nəticəsində 109 sərnişin yaralanıb.

Misirin səhiyyə naziri Halə Zayid hadisə yerinə gəlib.

Hadisə yerinə 57 təcili tibbi yardım maşını göndərilib və yaralılar dərhal xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, bu, Misirdə son bir ay ərzində baş verən üçüncü qatar qəzasıdır.

 

***20:17

Misirin Kalyubiyə şəhərində relsdən çıxan qatarın aşması nəticəsində 100-dən çox insan yaralanıb.

Qaziler.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Misir Dəmir Yolları İdarəsinin verdiyi açıqlamada Kalyubiyə şəhərində Qahirə-Mansura sərnişin qatarının relsdən çıxması nəticəsində 4 vaqonun aşdığı bildirilir. Qurumdan adını açıqlamayan bir məmurun verdiyi məlumata görə, qəza nəticəsində 8 nəfər ölüb, 100-dən çox adam yaralanıb. Hadisə yerinə çox sayda təcili yardım maşını göndərilib.

Xatırladaq ki, Misirdə 26 mart tarixində baş verən qatar qəzasında 32 nəfər ölmüş və 66 nəfər yaralanmışdı.

Diaspora