“İngenuity” helikopterinin Marsa ilk uçuş tarixi məlum olub.
Qazilər.az xəbər verir ki, bu barədə NASA təxirə salınan sınaq uçuşunun 19 aprel tarixində baş tutacağını açıqlayıb.
Helikopter havadan Marsın səthini görüntüləyəcək və gələcəkdə insanların yaşaya biləcəyi Mars ekspedisiyaları üçün ərazini xətirələşdirəcək.
Bunun üçün “İngenuity” helikopteri “Perseverance”qurğusunun səthə çata bilmədiyi yerlərin şəklini çəkəcək.
Əgər hər şey qaydasında gedərsə, “İngenuity” adlı helikopter dünyada Yerdən başqa bir planetdə havaya qalxan ilk helikopter kimi tarixə düşəcək.
Qeyd edək ki, NASA tərəfindən 30 iyul 2020-ci ildə buraxılan “Perseverance” qurğusu 7 aydan sonra 2021-ci ilin 18 fevral tarixində Marsa enib. Qurğu “İngenuity” adlı mini helikopteri də ötən gün Marsın səthinə endirməyi bacarıb. Bütün işlər tamamlandıqdan sonra 11 apreldə Marsda ilk uçuş gerçəkləşəcəkdi. Ancaq helikopterin robot qanadlarında aparılan testlərdə kiçik nasazlıq meydana gəlmiş və uçuş təxirə salınmışdı.
Firuzə Alimova / Qazilər.az
