Ukrayna Rusiyanın Kiyevdəki baş diplomatını ölkədən çıxarır
Qaziler.az Unian.net-ə istinadən bildirir ki, bu qərar Ukrayna konsulu Aleksandr Sosonyukun Rusiya Federasiyasından qovulmasına cavab olaraq qəbul edilib.
Rusiyanın Kiyevdəki səfiri 19 apreldən etibarən 72 saat ərzində Ukrayna ərazisini tərk etməlidir.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.
Qeyd edək ki, bundan bir qədər əvvəl Rusiya Sankt-Peterburqdakı Ukrayna konsulu Aleksandr Sosonyuku ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Elə bu gün Rusiya Federal Təhlükəsizlik Xidməti Peterburqda Ukrayna konsulu Aleksandr Sosonyuku saxlamışdı. Sosonyuk hüquq-mühafizə orqanlarının məlumat bazasından qapalı informasiya əldə etməkdə ittiham edilib.
Saxlanma Sosonyukun Rusiya vətəndaşı ilə görüşü zamanı gerçəkləşmişdi.
Yəni Ukrayna və Rusiya arasındakı gərginlik günbəgün deyil, saatbasaat artmaqdadır və bu proses çox sürətlə inkişaf edir...