Ukraynanın Sankt-Peterburqdakı konsulu Aleksandr Sosonyuk Sankt-Peterburqda bir rusdan gizli məlumat alarkən cinayət başında tutulub.
Moderator.az xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Söhbət təhlükəsizlik qüvvələrinin məlumat bazalarında yer alan informasiyalardan gedir.
FTX-dən bildirilib ki, Sosonyukun fəaliyyəti diplomatik statusu ilə uyğun gəlmir.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
