Putin Zelenskinin zənglərinə cavab vermir

Putin Zelenskinin zənglərinə cavab vermir backend

Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Vladimir Zelenskinin telefon zənglərinə cavab verməyib.
 
Moderator.az xəbər verir ki, Ukrayna Prezidenti bu barədə “Le Figaro” qəzetinə müsahibəsində danışıb.
 
"Mən bizim dörd əsgərimizin öldürüldüyü və ikisinin yaralandığı zaman Vladimir Putinlə danışmaq üçün xahiş etdim. Ancaq danışıq baş tutmadı. Bu, bir göstəricidir. Çünki məndən Rusiyanın müharibəni bitirmək istədiyini soruşurlar. Bu sual əməli hərəkətlərlə cavablandırıla bilər: zəng etdim, amma cavab vermədilər. Bu günün cavabı budur", - Zelenski belə deyib.

Xatırladaq ki, Zelenski martın 26-da Donetsk bölgəsinin Şumı kəndi yaxınlığında dörd ukraynalı hərbçinin ölümündən dərhal sonra Donbasdakı eskalasiyanın azaldılması üçün Putinə müraciət edib. Elə həmin vaxt Ukrayna Prezidentinin mətbuat katibi bildirimişdi ki, tələbə müsbət cavab verilməyib.