Bələdiyyə sədrinin otel otağında meyiti tapıldı

Bələdiyyə sədrinin otel otağında meyiti tapıldı backend

Rusiyanın vəzifəli şəxsi Türkiyədə ölü tapılıb. QAZİLER.AZ xəbər verir ki, Lent.az-ın xarici KİV-lərə istinadən məlumatına görə, Rusiyanın Tver vilayətinin Vışni Valaçok Bələdiyyəsinin sədri Pantyuşkin Antalyanın Kəmər bölgəsindəki otellərin birində ölü tapılıb.

Məlumata görə, Kəmərə istirahət etmək üçün gedən bələdiyyə sədrindən dostları xəbər ala bilməyib. Buna görə dostları polisə və otel rəhbərliyinə müraciət edib. Müraciət əsasında aparılan əməliyyatda Pantyuşkinin meyiti otağında tapılıb.

Bələdiyyə sədrinin cəsədi ekspertiziya verilib. Faktla bağlı araşdırma aparılır.
Diaspora