Putinin illik qazancı açıqlanıb

Putinin illik qazancı açıqlanıb backend

Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildəki gəliri 9 milyon 994 min rubl təşkil edib.

Qazilər.az xəbər verir ki, bu barədə onun gəlirləri, xərcləri və mal varlıqları barədə Kremlin saytında yerləşdirilən deklarasiyada qeyd olunub.

Rusiya liderinin qazancı 2019-cu ilə nisbətən 268 min rubl çox olub.

Prezidentin mal varlığı ilə bağlı təqdim etdiyi deklarasiyada dəyişiklik olmayıb. Onun mülkiyyətində 77 kv.m-lik mənzil, 18 kv.m-lik qaraj, iki “Volqa” QAZ M21, 1 “Niva”, və 1 “Skif” qoşqusu var. Bundan başqa Putinin istifadəsində 153.7 kv.m-lik mənzil var.

Qeyd olnunub ki, sadalanan bütün obyektlər Rusiya ərazisində yerləşir.

Axar.az

Diaspora