Rusiyanın hərbi gəmiləri Qara dənizə daxil olub

Rusiyanın hərbi gəmiləri  Qara dənizə daxil olub backend

Rusiyanın Hərbi Dəniz Donanmasına məxsus hərbi gəmilər Türkiyənin Çanaqqala boğazından keçərək Qara dənizə daxil olublar.

“Report” xəbər verir ki, məlumatı “Haberturk” yayıb.

031 bort nömrəli “Aleksandr Ortakoski” və 027 bort nömrəli “Kondopoga” adlı gəmilər Aralıq dənizindən gələrək bir-birinin ardınca Çanaqqala boğazından keçiblər. Daha sonra Mərmərə dənizinə doğru yan alıblar. Oradan isə Qara dənizə daxil olublar.

Rusiya gəmilərini Türkiyənin Sahil Mühafizə Xidmətinin gəmisi müşaiyət edib.

Diaspora