ABŞ və Türkiyə prezidentləri Barak Obama və Rəcəb Tayyib Ərdoğan əcnəbi silahlıların Suriyaya axınının qarşısının alınmasına və Türkiyə-Suriya sərhədinin təhlükəsizliyinin təmin olunmasına dair razılığa gəliblər. QAZİLER.AZ saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata əsasən, Obama ABŞ-ın Türkiyənin milli təhlükəsizliyinin təmin olunmasına sadiqliyini təsdiqləyib.
“Tərəflər bu və digər regional məsələlər üzrə sıx əməkdaşlığın davam etdirilməsinə dair razılığa gəliblər”, deyə məlumatda bildirilir.