Polşa Rusiyanın 3 diplomatını “persona non qrata” elan etdi

Polşa Rusiyanın 3 diplomatını “persona non qrata” elan etdi backend

Polşa hakimiyyəti Rusiya Federasiyasının üç diplomatını "persona non-qrata" elan edib.

“Report” xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyi bildirib.

"Səfirə (Rusiyanın Polşadakı səfirinə-red) Rusiyanın Varşavadakı səfirliyinin üç əməkdaşının “persona non qrata” elan olunması barədə diplomatik nota verildi", - xəbərdə deyilir.

Polşa Xarici İşlər Nazirliyinin iddiasına görə, belə qərarın qəbul olunmasına səbəb diplomatik statusun həmin şəxslər tərəfindən pozulması olub.

Diaspora