“İnkişaf etməkdə olan ölkələrdə qadınların yarısı bədənləri üzərində söz sahibi deyil...” - BMT

“İnkişaf etməkdə olan ölkələrdə qadınların yarısı bədənləri üzərində söz sahibi deyil...” - BMT backend

Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu tərəfindən aparılan araşdırmaya görə inkişaf etməkdə olan 57 ölkənin məlumatlarına əsasən qadınların yarısı bədənləri haqda danışmaq və qərar vermək hüququndan məhrumdur. 

Qazilər.az xəbər verir ki, zorla cinsi əlaqədə olmaq, uşaq nikahı, bakirəliyin yoxlanılması və qadın cinsiyyət orqanının kəsilməsi qadın hüquq və azadlıqlarının pozulmasından yalnız bir neçəsidir. Qeyd edək ki, dünya əhali hesabatı 1978-ci ildən bəri dərc olunur. 

Araşdırmanın məqsədi cinsi və reproduktiv sağlamlıq və hüquqlar sahəsində ortaya çıxan məsələləri aydınlaşırmaqdır. Bununla yanaşı, bütün bunların beynəlxalq inkişaf üçün yaratdığı çətinlik və imkanları ortaya qoymaqdır. 

BMT Əhali Fondunun direktoru Natalia Kanem açıqlamasında bildirib ki, qadınların demək olar ki, yarısının hələ də cinsi əlaqə və ya tibbi yardım almağa qərar verə bilməməsi hamımızı narahat edir.

Moderator.az

Diaspora