ABŞ-ın Atlanta şəhəri ərazisindəki evlərin birində baş vermiş atışma zamanı 4 nəfər ölüb, 1 nəfər yaralanıb. APA-nın məlumatına görə, bu barədə Associated Press yerli polis rəhbərinə məlumat verib.
Məlumata görə, polis hadisə yerinə gəldikdə 3 ölü və 2 yaralı şəxsi aşkarlayıb. Yaralılardan biri sonradan xəstəxanada keçinib.
Polis əməkdaşları məhz sağ qalan şəxsin atəş açdığını ehtimal edir. Onun əvvəllər bir neçə dəfə həbs olunduğu qeyd edilir.