İstanbulda “1453 Fateh” adlı sərgi açılıb

İstanbulda “1453 Fateh” adlı sərgi açılıb backend

İstanbulun “Panorama 1453” Tarix Muzeyində “1453 Fateh” adlı sərgi açılıb.



AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, sərgidə orijinal miniatürlər və tarixi məlumatları əks etdirən fotolar sərgilənir. İstanbul Böyükşəhər Bələdiyyəsinin Mədəniyyət Mərkəzi bildirib ki, memar Məhərrəm Hilmi Senalp tərəfindən hazırlanan sərgidə üzərində sənət, ədəbiyyat, hüquq, siyasət və tarixə aid mətnlər yazılan 54 parça nümayiş olunub. Parçalarda “Şahzadənin gündəliyi”, “Fatehin uşaqlıq dəftəri”, “İstanbul hücuma necə hazırlaşdı?”, “Fateh Sultan Məhmədin kitabxanası”, “Fateh kadrları” və “Alimlərin Fatehi” başlıqlı tarixi mövzuların yer aldığı yazılar var.

Sərgidə xeyli sayda yerli və xarici turist iştirak edib. Qeyd edək ki, Türkiyənin və dünyanın yeganə panorama muzeyi olan “Panorama 1453” Tarix Muzeyini son altı ildə 4 milyon 860 min insan ziyarət edib. İstanbulun Topqapı parkında yerləşən muzey il boyu insanlara pulsuz xidmət göstərir.
Diaspora