Hansı ölkədə neçə saat oruc tutulacaq? - Ən çox və ən az tutanlar...

Hansı ölkədə neçə saat oruc tutulacaq? -  Ən çox və ən az  tutanlar... backend

İslam aləmi üçün müqəddəs sayılan Ramazan ayında dünyanın müxtəlif ölkələrində yaşayan müsəlmanlar həmin coğrafiyaya uyğun ibadətlərini yerinə yetirməyə çalışır.

Qazilər.az TurpKimi.com-a istinadla bildirir ki, dünyanın Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli yaşanır. Belə ki, orucun açılma vaxtı cənubdan şimala doğru getdikcə havanın işıqlanmasına görə artır. Yəni Şimalda yaşan müsəmanlar cənubdakılardan daha uzun müddət oruc tutacaq.

Ən uzun oruc tutulacaq şəhər...

Ramazanın ilk günü 68 dərəcə şimal enliyində yerləşən Rusiyanın Murmansk şəhərində və 64 dərəcə şimal enliyində yerləşən İslandiyanın paytaxtı Reykyavikdə imsakla iftar arasındakı vaxt 16 saat 53 dəqiqədir. Norveçin Tromso şəhərində isə 16 saat 52 dəqiqə davam edəcək.

Ən qısa oruc tutulacaq şəhər...

54 dərəcə cənub enliyində yerləşən Argentinanın Uşuaia şəhərində imsak ilə iftar arasındakı vaxt 12 saat 12 dəqiqədir. Beləliklə, Şimal enliyindəki şəhərlərdə yaşayan müsəlmanlar cənubdakılarla müqayisədə daha uzun müddət oruc tutacaq.

Qeyd edək ki, iftar vaxtı ilə imsak arasındakı müddət Rusiyanın Murmansk şəhərində və İslandiyanın Reykyavik şəhərində 7 saat 7 dəqiqə, Norveçin paytaxtı Osloda 7 saat 54 dəqiqə, İsveçin paytaxtı Stokholmda isə 7 saat 57 dəqiqə vaxt olacaq.

Argentinanın Uşuaia şəhərində isə Ramazanın imsak ilə iftar vaxtı arasındakı müddət 10 saat 17 dəqiqə olacaq.

Bundan başqa, Ramazanın ilk günü ilə son günü arasında, günlərin uzanması ilə əlaqədar 2 saat 35 dəqiqəyə qədər vaxt fərqi olacaq. Yəni mayın 12-də  Rusiyanın Murmask şəhərində müsəlmanlar 19 saat 28 dəqiqə oruc tutmuş olacaq (14 apreldə 16 saat 53 dəqiqə idi).

Diaspora